İsrailin Müdafiə naziri İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən dərhal sonra təcili müşavirə keçirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Süleymaninin öldürülməsindən sonra vəziyyəti qiymətləndirmək məqsədi daşıyan müşavirədə xüsusi xidmət orqanları və ordu rəhbərləri iştirak ediblər.
Livan, Suriya və Qəzza bölgəsindən gələn hər hansı bir hücumlardan qorunmaq məqsədi ilə İsrail ordusu şimal sərhədlərində yüksək hazırlıq səviyyəsinə gətirilib.