İstanbulda dünyanın ən böyük xəstəxanalarından biri istifadəyə veriləcək

26 May 2020 - 16:32

Dünyanın ən böyük xəstəxanalarından biri olacaq İstanbulun “Professor Feriha Öz” adına fövqəladə vəziyyət və pandemiya xəstəxanası mayın 29-a istifadəyə veriləcək.

184 min kvadratmetr ərazidə inşa olunan bu xəstəxananın əsas binası 70 min kvadratmetrlik sahəni əhatə edir. İki hissə və səkkiz blokdan ibarət bu tibb müəssisəsi 1010 xəstə üçün nəzərdə tutulub. Birmərtəbəli xəstəxana binası ən son texnologiyalarla təchiz olunub.

Digər, Atatürk Hava Limanının ərazisində inşa edilən “Professor Murat Dilmener” xəstəxanasının isə mayın 31-də açılması planlaşdırılır(azərtac).