İstanbulda FETÖ terror təşkilatının 18 üzvü saxlanılıb

03 Sentyabr 2021 - 13:36

İstanbulda FETÖ terror təşkilatının 28 üzvünün saxlanılması istiqamətində əməliyyat keçirilir.

Həmin şəxslərin təşkilatın gizli xəbərləşmə proqramı olan “ByLock”dan istifadə etdikləri müəyyənləşdirilib.

İstanbulun on rayonunda aparılan əməliyyat nəticəsində şübhəli bilinən şəxslərdən 18-i ələ keçirilib. Digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.