İstanbulda Rusiya-Ukrayna danışıqları bu vaxtda başlanacaq

Bu gün axşam saatlarında İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu başlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, danışıqların tarixini Türkiyənin yüksək rütbəli rəsmisi açıqlayıb. Mənbə danışıqlar prosesinin digər təfərrüatlarına toxunmayıb. “Reuters” yazır ki, Ankara Moskva və Kiyev arasında gözlənilən danışıqların Ukraynada atəşkəsə gətirib çıxaracağına ümid edir.

Azpost.info

Əvvəlki məqalə

Şeyxülislam və dini icma rəhbərləri dünyaya müraciət edib

Sonrakı məqalə

Slovakiya Zelenskini dövlət mükafatı ilə təltif edib