İstanbulda təyyarə qəzasında 52 nəfər yaralanıb –

Qəza anından görüntülər (VİDEO)
05 Fevral 2020 - 21:17

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.