İstanbulda təyyarə qəzasında xəsarət alan sərnişinlərdən 92 nəfəri evə buraxılıb

06 Fevral 2020 - 23:52

İstanbulda Sabiha Gökçen hava limanında “Boeing 737-800” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan 180 sərnişindən 92-si evə buraxılıb.

Bu barədə İstanbul valisi Əli Yerlikaya öz “Twitter” səhifəsində paylaşım edib.

Vali bildirib ki, xəstələrin 88-nin müalicəsi davam edir, 14-nün vəziyyəti ağır olduğu üçün reanimasiya şəraitində müalicə olunur.

Qeyd edək ki, fevralın 5-də Türkiyədə “Boeing 737-800” tipli  sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.(APA)