“Seçkilər İlham Əliyevin islahatlarının davamı olacaq” –Mixeil Saakaşvili   

“Hesab edirəm ki, Azərbyacanın parlaq gələcəyi var. Ona görə ki, ölkənin müdrik və güclü rəhbəri var. O başa düşür ki, ölkə irəli getməlidir”.

Azpost.info bildirir ki, bu sözləri haqqın.az-a açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili əmindir ki, güclü Azərbaycan həm də güclü Gürcüstan deməkdir. Təəssüf ki, Gürcüstanda bəzi adamlar bunu başa düşmür.

Bəziləri Azərbaycanın gücünü etiraf etmək istəmirlər. Amma tezliklə Gürcüstanda hər şey dəyişəcək və bizim münaqibətlərimiz daha intensiv və məhsuldar olacaq”- deyə sabiq dövlət başçısı vurğulayıb.

Azərbaycanda keçirilən parlament seçkilərinə gəlincə, Saakaşvili etiraf edib ki, son zamanlar Azərbaycanın daxili siyasi proseslərini izləyə bilməyib. Lakin o vurğulayıb ki, seçkilər azad və demokratik şəraitdə keçiriləcəyinə inanır: “Heç nə öz yerində durmur. Mən şübhə etmirəm ki, Azərbaycanda seçkilər  İlham Əliyev tərəfindən başlanan islahatların davamı olacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstanbulda təyyarə qəzasında xəsarət alan sərnişinlərdən 92 nəfəri evə buraxılıb

Sonrakı məqalə

Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə hərbi təlimi planlaşdırılır