İstanbulda Ukrayna taxılı ilə bağlı görüşün bəzi detalları məlum olub- Açıqlama

Rusiya tərəfi Ukrayna taxılının Qara dəniz limanlarından ixracı məsələsinin tezliklə həlli üçün bir neçə variant təklif edib.

Azpost.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov İstanbulda Moskva və Kiyev nümayəndə heyətləri arasında keçirilən danışıqları şərh edərkən deyib.

Konaşenkov bu təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.

“Rusiya Müdafiə Nazirliyinin İstanbuldakı nümayəndələri Türkiyədən olan həmkarları, BMT nümayəndələri və Ukrayna nümayəndə heyəti ilə Qara dəniz limanlarından kənd təsərrüfatı məhsullarının ixracının təşkili məsələsi ilə bağlı dördtərəfli danışıqlarda iştirak ediblər. Rusiya nümayəndə heyəti bu məsələnin tezliklə həlli üçün təkliflər paketini hazırlayıb və baxılmaq üçün təqdim edib”, – Konaşenkov bildirib.

“Habertürk” telekanalı məlumatlı mənbəyə istinadən xəbər verir ki, Türkiyə Qara dənizdə minalardan təmizləmə prosesində qarant kimi çıxış etmək niyyətindədir. Ankara bu danışıqların əsas məqsədinə – taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin formalaşdırılmasına və İstanbulda müvafiq koordinasiya mərkəzinin yaradılmasına nail olacağına ümid edir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan hökuməti Yaponiyaya başsağlığı verib

Sonrakı məqalə

KİM.TV “Youtube” kanalının aparıcısı Abid Qafarov həbs olunub