Türkiyə, Yaponiya və Kiyevin nümayəndə heyətləri sentyabrın 21-də İstanbulda Ukraynanın yenidən qurulması ilə bağlı görüş keçirəcək.
Azpost.info bildirir ki, bu barədə “Dünya” qəzeti məlumat yayıb.
Görüşdə Yaponiyanın Türkiyədəki səfirliyi, Yaponiya Beynəlxalq İnkişaf Agentliyi (JICA) və Yaponiya Xarici Ticarət Təşkilatının (JETRO) eləcə də Ukrayna Ticarət və Sənaye Palatasının nümayəndələri iştirak edəcək.
Türkiyə və Ukrayna İş Adamları Dərnəyinin (TUİD) prezidenti Burak Pehlivanın açıqlamasına görə, toplantıda Yaponiyanın Mitsubishi Corp, Marubeni Corp, Sumitomo Corp, Yanmar, Itochu Corp, Sojitz Corp, JBIC, JETRO kimi qurum və təşkilatlarının iştirak edəcək.
Qəzet qeyd edir ki, Ukraynadakı müharibədən əvvəl bu ölkədə 700-dən çox türk şirkəti fəaliyyət göstərib. Türkiyə investisiyalarının həcmi 4,5 milyard dollara çatıb. Son beş ildə Türkiyə ölkəyə ən böyük xarici sərmayə qoyan və ümumilikdə xarici kapital yatıran ilk üç ölkədən biri olub.
“Sərbəst ticarət sazişinin olmamasına baxmayaraq, 2020-ci ildən 2021-ci ilə qədər xarici ticarətimizin həcmi 55%, 2022-ci ilin yanvarında isə 2021-ci ilin yanvar ayı ilə müqayisədə daha 56% artıb. Bundan başqa, 2022-ci il fevralın 3-də Türkiyə ilə Ukrayna arasında 15 ildir ki, danışıqları davam edən Azad Ticarət Sazişi imzalanıb”, – nəşr qeyd edir.