İstanbulun mərkəzi küçələrindən birinə Azərbaycan adı verilib

- FOTO
30 İyun 2020 - 12:54

Türkiyənin İstanbul şəhərinin tarixi və mərkəzi küçələrindən birinə Azərbaycan adı verilib.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, Baş konsulluğun təklifi və təşəbbüsü əsasında şəhərin Sarıyer Bələdiyyə Məclisinin müvafiq qərarı ilə, bələdiyyə ərazisindən keçən tarixi və mərkəzi küçələrdən sayılan “Cendere” küçəsi “Azərbaycan” adını daşıyacaq.

“Sarıyer Bələdiyyə Məclisi tərəfindən verilən qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin cari ilin 13 iyul tarixində keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.
Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir və Ulu Öndər Heydər Əliyevin doğum və vəfat tarixləri İstanbuldakı Baş konsulluğun təşəbbüsü əsasında bələdiyyənin cari protokol tədbirləri təqviminə daxil edilib”, – deyə məlumatda qeyd olunub.