İsti hava koronavirusu məhv etmir –

Alimlər nikbin deyil
12 May 2020 - 21:40

Çində bu qış COVID-19 pandemiyasının başlamasından bəri mövsümün dəyişməsi ilə virusun yayılmasının qarşısının alınacağına dair ümidlər mövcud idi.

Hələ fevral ayında ABŞ prezidenti Donald Tramp qubernatorlarla keçirdiyi toplantı zamanı demişdi ki, bir çoxları virusun aprel ayında havanın istiləşməsi ilə məhv olacağını düşünür.

Aprel gəldi və getdi. Lakin şimal yarımkürəsinə yay mövsümünün yaxınlaşması ilə ekspertlər temperatur və rütubətin artmasının çox cüzi dəyişikliklərə səbəb olduğunu müşahidə edir. Onlar isti havanın pandemiyanı məhv etməyəcəyini, lakin yeni yoluxma hallarını azalda biləcəyini deyir.

Havanın təsiri nəyə görə tropik bölgələrdə virusun çox yayılmamasına səbəb olduğunu müəyyən etməyə yardım edə bilər.

COVID mövsümü

COVID-19-a koronavirus səbəb olub. Tənəffüs orqanları viruslarının yayılmasına çox hallarda soyuq hava səbəb olur və virusların artması və məhv olması hava şəraitindən asılı ola bilər. Bəzi araşdırmalar göstərib ki, COVID-19 da havanın təsirindən asılı ola bilər. Soyuqdəymə və qrip virusları qış aylarında quru hava ilə daha çox yayılır. İsti hava təbii ki, rütubəti daha çox saxlayır.

Virus zərrəcikləri rütubətli havada daha az yayılır. Alimlərin bildirdiyinə görə, zərrəciklər havada islanaraq məhv olur. Xəstəliyin yayılacağını proqnozlaşdıran bəzi elm adamları temperaturu modellərinə daxil etməyə başlayıb.

Vaşinqton Universitetinin Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutunun direktoru Kristofer Mürrey bildirib ki, modellərdə temperaturu bir dərəcə artırmaqla, ötürülmə nisbətində təxminən 2% azalma müşahidə edilib. O əlavə edib ki, bu, böyük təsirə malik olmasa da, isti havanın fərq yaradacağını göstərir.

Son araşdırmaların nəticəsi göstərib ki, isti hava və rütubətin təsiri ola bilər. Lakin alimlər yay aylarında havanın pandemiyalara mane olmadığını, lakin yayılma sürətini azaltdığını deyir.

Tropik depressiya

Virusun ötürülməsi və havanın təsiri dünyanın əhalinin sıx məskunlaşdığı 3700 yerində yoxlanılıb. Cənubi Asiya və Afrikada isti hava və rütubətin virusun yayılması hallarını azaltdığı müşahidə edilib.

İsti hava Massaçusets ştatının Boston şəhərində virusun yayılmasını 25 faiz azaltdığı halda, Nigeriyanın Laqos şəhərində 40 faiz azalıb. Eyni zamanda virus belə şəraitdə də yayılır. Məsələn, Sinqapurda gündəlik yoluxma halları 700-dən 800-ə qalxıb.

ABŞ-da COVID-19-dan ölüm halları aprelin ortalarından 60 mindən 135 minə qalxması ştatların məhdudiyyətləri azaltması ilə izah edilir. Alimlər temperaturun təsirinin mühüm, lakin bu təsirin minimal olduğunu deyir. (Amerikanın Səsi)