“İsti ürəklə qonşu ölkələrin əllərini sıxıram…İran üçün yeni dövr başlanıb” –

İran prezidenti Rəisi
22 Sentyabr 2021 - 00:45
“Yeni epoxa başlanıb. İran bu bütün ölkələrlə, o cümlədən qonşuları ilə effektiv əməkdaşlığa can atacaq”.
Azpost.info Fars” Agentliyinə istinadən bildirir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı bəyan edib. O, İranın xarici siyasətində yeni dövrün başladığını vurğulayıb: “Mən dünyanın bütün ölkələri ilə, o cümlədən qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlıq üçün can atacağam. Səmimi qəlbdən və isti ürəklə əllərini sıxıram. Yeni epoxanın başlanğıcının əsası qoyulub”-deyə Rəisi vurğulayıb.

İran prezidenti həmçinin nüvə sazişi ilə bağlı Vyana danışıqlarının gedişindən razılıq edib: “Qərbin İranla qarşıdurması iflasa uğradı. İndi bütün tərəflər nüvə sazişi ilə bağlı öhdəliklərin yerinə yetiriməsinə qayıtmalıdırlar”.