Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

İstifadəçi Leo Bankın “Sərmayələr” bölməsindən narazıdır

Orkhan Ali 13 Oktyabr 2025 - 10:41 (Last updated: 13 Oktyabr 2025 - 10:27)
78618b527798155cf46657cd0ac9f1e7_1740836996_1736322825_internet_bank_leobank_second

İstifadəçi Leo Bankın “Sərmayələr” bölməsində Doge Coin əməliyyatı zamanı problemlə üzləşib. O bildirib ki, 0.12 qiymətində sifariş yaratmağa çalışıb, amma texniki xətaya görə əməliyyat təsdiqlənməyib.

AzPost xəbər verir ki, növbəti sifariş verərkən qiymət artıq 0.14 olub. Hazırda sifariş 12 saatdır təsdiqlənməyib və bank tərəfindən bildirilib ki, müraciətə 5 iş günü ərzində baxılacaq, əgər təsdiqlənməsə, pul balansına geri qaytarılacaq.

İstifadəçi narazılığını bildirərək qeyd edib ki, bu gecikmə səbəbindən bazardakı ani dəyişikliklər onun potensial gəlirini də azaldıb. “Doge Coin qiyməti 0.19-dan yuxarı olub, əgər sifarişim vaxtında təsdiqlənsəydi, xeyrim olacaqdı. Leo Bankın sistemi ani alış-satış üçün qeyri-peşəkardır,” – deyə o vurğulayıb.

Bankion məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, əməliyyat zamanı qlobal kriptovalyuta platformalarında yüksək yüklənmə müşahidə olunub və bu səbəbdən əməliyyatlarda gecikmələr yaranıb. “Sorğunuz düzgün şəkildə sistemdə qeydə alınıb, lakin xarici likvidlik provayderləri səbəbindən icra dayandırıla bilərdi. Gecikmələrin qarşısını almaq üçün texniki optimallaşdırmalar aparılır,” – deyə bankın açıqlamasında bildirilib.

Bank həmçinin istifadəçilərə xəbərdarlıq edib ki, oxşar halların qarşısını almaq üçün sistemin dayanıqlığını artırmaq, gecikmələr barədə avtomatik bildirişlər göndərmək və əməliyyatların icra vaxtını azaltmaq üçün texniki tədbirlər görülür.

İstifadəçilər isə bildirib ki, ani bazar dəyişiklikləri zamanı belə gecikmələr sərmayələr üçün risk yaradır və bankın sistemində təkmilləşdirmələrə ehtiyac var.

AzPost.az

Post navigation

Previous: Məşhur MTV telekanalı bağlandığını elan edib
Next: “Yemək zamanı su içmək zərərli deyil, əksinə faydalıdır”

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

User 09 Noyabr 2026 - 14:40
İzmirdə fabrikdə güclü partlayış baş verib. “NTV“nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə...
Read more about İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
Azərbaycanda 2026-cı ildə 7,28 milyard manat hara xərclənib? – TƏHLİL BUDCE02
  • Baş Yazı

Azərbaycanda 2026-cı ildə 7,28 milyard manat hara xərclənib? – TƏHLİL

User 09 Noyabr 2026 - 14:05
Füzuli Rzaquliyev vəfat edib fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.