İsveç müdafiə naziri Ankaraya səfərinin ləğv edilməsini şərh etdi

İsveç müdafiə naziri Pol Yonson bildirib ki, Ankara onun bu ölkəyə səfərini ləğv etdikdən sonra Türkiyə ilə təhlükəsizlik və müdafiə məsələlərində dialoqun davamını gözləyir.

Azpost.info xəbər verir ki, Yonson dünən ABŞ-ın Almaniyadakı “Ramşteyn” hərbi bazasında türkiyəli həmkarı Hulusi Akarla görüşdüyünü deyib.

Onun sözlərinə görə, Türkiyə ilə təhlükəsizlik və müdafiə sahəsində dialoqun davam etdirilməsi İsveç üçün çox vacibdir.

Qeyd edək ki, Ankara Pol Yonsonun yanvarın 27-də Türkiyəyə planlaşdırılan səfərini ləğv edib. Səfərin ləğvi Stokholmda Türkiyə əleyhinə nümayişlərlə izah edilib.

Azpost.info

 

Əvvəlki məqalə

Volodinin İrana səfərinin vaxtı və proqramı

Sonrakı məqalə

Bakıda 59 nömrəli məktəbdə müəllim şagirdləri niyə döyüb? –