İsveç polisi “Quran” yandırılması aksiyasına icazə verib

Stokholm polisi Qurban bayramının ilk günü şəhər məscidi yaxınlığında “Quran” yandırılması aksiyasına icazə verib.

Azpost.info xəbər verir ki, bu barədə İsveç Radiosu məlumat yayıb.

İsveç Daxili İşlər Nazirliyi aprelin əvvəlində müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı nümayişlərə hakimiyyətin qoyduğu qadağanı ləğv edən məhkəmə qərarına istinad edib.

Xəbərdə deyilir ki, polis Sedermalm rayonundakı Medborgarplatsen stansiyası yaxınlığında Stokholm məscidi yaxınlığında “Quran”ın yandırılmasına icazə verib.

Stokholm polisi iğtişaşların qarşısını almaq üçün ölkənin hər yerindən əlavə qüvvələr cəlb edib.

Azpost.info

Əvvəlki məqalə

Litva Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb

Sonrakı məqalə

Kreml general Surovkinin qiyamdan xəbərdar olduğuna dair iddialara reaksiya verdi