“İsveç rəsmiləri terrorçuların Türkiyəyə ekstradisiyası üçün hələlik konkret addımlar atmayıblar. Bu, Türkiyə tərəfinin krallığın NATO-ya daxil olmasını təsdiqləməsi üçün şərtdir”.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billströmlə danışıqların yekunlarına əsasən bildirib.
“İsveç terrorçuların ekstradisiyası və ya hesablarının dondurulması üçün konkret addımlar atmayıb. İsveç FETÖ üçün cazibə mərkəzi olaraq qalır”, – Çavuşoğlu deyib.
O, həmçinin qeyd edib ki, Türkiyə İsveç hökumətinin gördüyü addımları yüksək qiymətləndirir, lakin bu addımlar kifayət etmir.
Azpost.info
