İsveç tezliklə NATO-ya üzv olacaq- Blinken

İsveç tezliklə NATO-ya üzv olacaq və bu, alyansın potensialını gücləndirməyə xidmət edəcək.

Bu sözləri ABŞ-ın Dövlət katibi Antoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Bu il NATO-ya 31-ci üzv – Finlandiya qəbul edildi və İsveç də yaxın gələcəkdə bura qoşulacaq. Bu da alyansın müdafiə potensialını və imkanlarını gücləndirəcək”, – deyə ABŞ-ın Dövlət katibi bildirib(azərtac).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.