İsveç parlamenti Ukraynaya hərbi texnika və sursat göndərilməsini dəstəkləyib.
Azpost.info xəbər verir ki, bu barədə qanunverici orqanın saytında yerləşdirilən məlumatda deyilir.
Yardımın məbləği 6,2 milyard İsveç kronu və ya 604 milyon dollar təşkil edəcək.
İlk növbədə, söhbət tanklardan, “Archer” artilleriya sistemlərindən və döyüş sursatlarından gedir.
Azpost.info