İsveçdə koronavirusa yoluxanların sayında rekord artım qeydə alınıb
Yanvarın 26-da İsveçdə pandemiyanın başlanğıcından bəri koronavirusa yoluxanların sayında gündəlik ən yüksək artım qeydə alınıb.
Ölkənin səhiyyə orqanlarının yaydığı məlumata görə, son sutka ərzində İsveçdə 50 min 495 nəfər COVID-19 virusuna yoluxub. Bu müddət ərzində virusa yoluxan 75 nəfər vəfat edib.
On milyon əhalisi olan İsveçdə vətəndaşların peyvəndlənməsi prosesi davam edir. Hazırda 7,5 milyondan çox şəxs iki doz peyvənd alıb ki, bu da 12 yaşdan yuxarı əhalinin 83,5 faizi deməkdir. Eyni zamanda, krallıqda 3,6 milyondan çox insan koronavirus peyvəndinin üçüncü, buster dozasını alıb.
