İsveçin NATO-ya üzvlük prosesi dayandırılıb.
Azpost.info bildirir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billstrem “Expressen” qəzetinə müsahibəsində bildirib.
Nazir bunu Türkiyə səfiriyi qarşısında “Quran”ın yandırılması ilə bağlı olduğunu deyib: “Son bir neçə həftədə baş verənlər prosesi müvəqqəti olaraq dayandırdı. Hökumət hazırda bütün gücünü bu prosesdə irəliləmək üçün qoyur. İsveç ümid edir ki, iyul ayında Vilnüsdə keçiriləcək sammidə NATO-ya üzvlük barədə razılıq eldə olunacaq”.
Xatırladaq ki, ultra-sağ “Sərt kurs” partiyasının lideri Rasmus Paludan yanvarın 21-də Türkiyə səfirliyi qarşısında Quranı yanıdırıb. Bundan sonra Türkiyə İsveçi NATO-ya üzvlüklə bağlı memorandumu pozmqda ittiham edib.
