İsveçrədə niqab və üzün örtülməsi qadağan olundu –

Referendumun nəticələri
08 Mart 2021 - 10:52
Kenza Drider (R), candidate for the 2012 French presidential election, and her spokeswoman Hind Ahmas, speak to the press on December 12, 2011 in front of the police tribunal in Paris, after both women were fined for violating France's niqab ban. In France, a woman who repeatedly insists on appearing veiled in public can be fined 150 euros and ordered to attend re-education classes. AFP PHOTO / MIGUEL MEDINA (Photo credit should read MIGUEL MEDINA/AFP/Getty Images)

Avstriya, Fransa və sair Avropa ölkələrinin ardınca İsveçrədə də ictimai yerlərdə üzün tam örtülməsi (niqab və ya burka ilə) qadağan olunub.

Martın 7-də İsveçrədə keçirilən növbəti ümumxalq səsverməsində seçicilərin 51 faizi bu təşəbbüsü dəstəkləyib. İsveçrə hökuməti əhalini bu təşəbbüsə qarşı çıxmağa dair tövsiyə çağırışı etməsinə baxmayaraq, təşəbbüs tərəfdarları istədiklərinə nail ola biliblər. İndiyədək lokal səviyyədə (Tessin və Sankt Qallen kantonları) bu cür qadağalar mövcud olsa da, artıq bütün ölkəni əhatə edən qadağa konstitusiya ranqı daşıyacaq və ibadət məkanları istisna olmaqla bütün ictimai yerlərdə məcburi olacaq.

Təşəbbüsün rəsmi adı örtünmə qadağası adlanır, yəni gələcəkdə dini səbəb olmadan, məsələn, nümayişə çıxan hansısa aktivist də üzünü görünməyəcək dərəcədə bağlaya bilməyəcək. Lakin Eqerkinq Komitəsi adlanan və təşəbbüs üçün imza kampaniyası keçirən qeyri-hökumət təşkilatı bu təşəbbüsün ilk növbədə ölkədəki müsəlman əhalinin geyiminə qarşı yönəldiyini də etiraf edib.

Təşəbbüs əleyhdarları bu kimi qanun layihələri ilə ölkədə müsəlmanlara qarşı mənfi ab-hava yaradıldığı və bu qadağanın qadınların hüquqlarının qorunmasına heç bir töhfə vermədiyini bildiriblər.