İtaliya Avropa İttifaqının koronavirusla bağlı yekun sənədini rədd edib

27 Mart 2020 - 08:37

İtaliya ilk dəfə videokonfrans formatında keçirilən koronavirus pandemiyasının (COVID-19) nəticələrini aradan qaldırmaq üçün iqtisadi tədbirlərin hazırlanmasına həsr olunmuş 27 Avropa İttifaqı liderinin görüşünün yekun sənəd layihəsini rədd edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə jurnalistlər hökumətdəki mənbələrdən bildirilib.

Məlumata görə, İtaliyanın Baş naziri Cüzeppe Konte həmkarlarına Aİ-nin yaşadığı fövqəladə vəziyyətin aktuallığına adekvat həll tapması üçün 10 gün vaxt verib.

Baş nazir Avropa liderlərini hazırkı böhrandan çıxmaq üçün təkliflər hazırlamaq üçün Aİ-nin 5 dövlət və ya hökumət başçılarından ibarət qrup yaratmağa dəvət edib.

C.Konte Avropa rəhbərliyindəki həmkarlarına keçmişdə ayrı-ayrı ölkələr üçün hazırlanmış vasitələrin bu gün aktuallığını itirdiyini bildirib.