İtaliya Baş naziri Ukraynaya gedəcək

“Roma Ukraynada sülhün əldə olunması üçün istənilən səyi dəstəkləyəcək”.

Azpost.info xəbər verir ki, bunu İtaliyanın Baş naziri Giorgia Meloni bildirib.

O, fevralda – xüsusi hərbi əməliyyatın başlanmasının birinci ildönümündən əvvəl Kiyevə getmək niyyətində olduğunu deyib: “Sülh nizamlanması üzərində işləmək lazımdır. Hər iki tərəfdən siqnal lazımdır. Bu gün əhəmiyyətli siqnallar yoxdur. İtaliya təşəbbüs göstərmək niyyətindədir. Sülh prosesinin təminatçısı kimi çıxış etməyə hazırdır. Ona görə də mən fevralın 24-dək Kiyevə səfər etmək niyyətindəyəm”.

Azpost.info

Əvvəlki məqalə

Küləkli hava nə vaxta kimi davam edəcək?

Sonrakı məqalə

Vasif Talıbovun prokuror qardaşı vəzifəsindən azad edilib