Vasif Talıbovun prokuror qardaşı vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

Məhərrəm Talıbov ərizə ilə işdən azad olunmasını istəyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər.

Qeyd olunub ki, hələlik onun yerinə təyinat yoxdur.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Əvvəlki məqalə

İtaliya Baş naziri Ukraynaya gedəcək

Sonrakı məqalə

Azərbaycanda daha 84 nəfər COVID-19-a yoluxub