İtaliya dövlət TV-sində 44 günlük müharibə ilə bağlı qərəzli film –

Sülhməramlılar jurnalisti Laçına necə buraxıb? (VİDEO)
20 Noyabr 2021 - 17:01

İtaliyanın dövlət televiziyası olan Rai 1 TV 44 günlük müharibə ilə bağlı qərəzli və faktları saxtlaşadıran sənədli film çəkib.

Azpost.info bildirir ki, tanınmış italyan jurnalist Stefani Batistinin Ermənistanla bağlı çəkdiyi bu film noyabrın 15-də dövlət telekanlında efirə verilib.

Filmdə Qarabağda 44 günlük müharibə barədə danışılır və onun səbəbləri və nəticələri saxta faktlarla tamaşaçılara göstərilir. “Xristian Artsaxı” barədə ah-nalə çəkən bu sənədli filmdə Ermənistan prezidenti Armen Sərkisyanın, Katolikos Qareginin digərləri müsahibələri yer alıb.

Azərbaycan ərazilərini qondarma “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edən jurnalist bir sıra məntəqələrə baş çəkib. Laçın dəhlizi ilə gələn Stefanini Rusiya sülhməramlılarının postunda saxlanılsa da sonradan başqa bir erməni sakininin avtomobilində Azərbaycan ərazisinə keçməyə imkan yaradılır.

Burada jurnalist Laçın rayonu ərazisində yaşayan erməni ailəsi ilə görüşür və guya müharibənin əzabları barədə “faktlar” təqdim edir.

İtaliya dövlət televiziyasında nümayiş etdirilən bu film Azərbaycanla bu ölkə arasında olan münasibətlərəin ruhuna uyğun deyil. Vətən Müharibəsi ilə öz tarixi torpaqlarını azad edən Azərbaycan ordusu bütün dünyaya haqlı və ədalətli mövqeyini göstərə bildi.

Belə saxta filmlər isə son dərəcə gərgin və həssas olan regionda sülhün yaranmasına deyil, avanturist dairələrin maraqlarına xidmət edir.

Azpost.info

Filmə bu linkdən baxmaq olar:

https://www.tg1.rai.it/dl/tg1/2010/rubriche/ContentItem-9b79c397-b248-4c03-a297-68b4b666e0a5.html?fbclid=IwAR0VCWCRFrRfyOrtF1FfNCJI1J_p_9FtB8xGC7jgmOsU2yVETB4_Pbqrau0