İtaliyada baş verən sürüşmədə ölənlərin sayı yeddi nəfərə çatıb

Neapol körfəzindəki İskiya adasında baş verən sürüşmə nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, daha 5 nəfərin axtarışı davam edir. Ölənlər arasında üç həftəlik uşaq da var.

İtaliyanın ANSA xəbər agentliyi  xəbər verir ki, itkin düşən 5 nəfərdən üçü bir ailənin üzvüdür (iki valideyn və 2007-ci il təvəllüdlü azyaşlı uşaq).

Qeyd edək ki, şənbə günü adaya yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub. Ən azı 10 bina dağılıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib. O, vəziyyəti çox ciddi adlandırıb. Onun sözlərinə görə, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir. Yerli hakimiyyət adada məktəbləri bazar ertəsi və çərşənbə axşamı bağlamaq qərarına gəlib. Hökumət fövqəladə vəziyyət elan edib və tüğyan edən fəlakətin nəticələrini aradan qaldırmaq üçün iki milyon avro ayrılıb.

Əvvəlki məqalə

Bakıda “Nissan” 4 avtomobilə çırpılıb, xəsarət alan var –

Sonrakı məqalə

Naxçıvanın maliyyə naziri həbs edilib –