İtaliyada Etna vulkanı yenidən oyanıb

İtaliyanın cənubundakı aktiv vulkanlardan olan Etna yenidən fəallaşıb.

Siciliya adasındakı 3326 metrlik Etna vulkanının cənub-şərqindəki kraterdə lava axınları müşahidə olunub, yaranan duman geniş əraziyə yayılıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatlarına görə, vulkandan lava axını təxminən 3 saat davam edib. Dumanın 9000 metr yüksəkliyə çatdığı bildirilib. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə də toz dumanı yayılıb. Lakin bu, vulkanın yaxınlığındakı Kataniyanın “Fontanarossa” hava limanının fəaliyyətinə təsir göstərməyib.

Qeyd edək ki, ilin əvvəlindən Etna vulkanında aktivlik müşahidə edilir, lava axını və dumanın sayının 50-ni keçdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“İsti ürəklə qonşu ölkələrin əllərini sıxıram…İran üçün yeni dövr başlanıb” –

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə Qarabağı müzakirə edib –