İtaliya parlamentinin Senatı koronavirusla bağlı ölkədə elan edilən fövqəladə vəziyyətin oktyabrın 15-dək uzadılmasını dəstəkləyib.
“Report”un yerli bürosu xəbər verir ki, öncə Senatda İtaliyanın Baş naziri Cüzeppe Konte çıxış edib.
“Fövqəladə vəziyyətin müddətinin uzadılması zəruridir. Çünki İtaliya hökumətinin nəzdində yaradılan Elmi və Texniki Komitənin məlumatları “virusun yayılmağa davam etdiyini göstərir”.