İtaliyanın Baş naziri Makronu xəyanətdə ittiham edib

İtaliyanın Baş naziri Corcia Meloni Fransa prezidenti Emmanuel Makronu immiqrasiya siyasətinə xəyanətdə ittiham edib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.

Belə ki, Paris miqrantların yenidən bölüşdürülməsinə dair Avropa sazişinə zidd olaraq İtaliyadan olan 3,5 min miqrantı qəbul etməkdən imtina edib. Fransının bu addımı Avropada milli maraqları qoruyacağına söz verən Melonini çətin vəziyyətə salıb.

Baş nazir Parisin aqressiv və əsassız reaksiyasından heyrətlənib. Meloni İtaliyanın 2022-ci ildə 90 min miqrant qəbul etdiyini xatırladıb.

Azpost.info

Əvvəlki məqalə

“Bu gün dünya nizamını Qərb yox, Rusiya formalaşdırır”

Sonrakı məqalə

Azərbaycanlılar noyabrın 15-də Fransa Senatı qarşısında etiraz aksiyası təyin edib