Azərbaycanlılar noyabrın 15-də Fransa Senatı qarşısında etiraz aksiyası təyin edib

Noyabrın 15-də Parisdə, Fransa Senatının qarşısında azərbaycanlılar etiraz aksiyası keçirəcək.

Azpost.info bildirir ki, bu barədə Almaniyada yaşayan azərbaycanlı vəkil Əlövsət Əliyev məlumat verib.

Ə.Əliyev açıqlamasında deyib ki, həmin gün Senatda Azərbaycan əleyhinə müzakirəyə çıxarılacaq qətnamə layihəsinə  etiraz edəcəklər: “Fransa hakimiyyəti açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirməkdə davam edir. Regionda Azərbaycan üçün yaranmış çox həssas bir vaxtda da ermənilərin saxtakarlığına dəstəyi əsirgəmir. Fransa prezidenti Emmanuel Makron Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ciddi səylər göstərir. Fransa Xarici İşlər Nazirliyi açıq şəkildə Ermənistanın işğalçılq siyasətini dəstəkləməkdə israrlıdır”-deyə Ə. Əliyev bildirib.

Bununla əlaqədar 15 noyabr 2022-ci il tarixində, səhər saat 10-da Parisdə Fransa senatının qarşısında həmvətənlərmiz və soydaşlarımızın etiraz aksiyası planlaşdırıb.
Əvvəlki məqalə

İtaliyanın Baş naziri Makronu xəyanətdə ittiham edib

Sonrakı məqalə

“Rusiya NATO və kollektiv Qərblə təkbaşına mübarizə aparır”