İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib

19 Fevral 2021 - 14:52

İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

APA-nın yerli bürosu xəbər verir  ki, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə sakini, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç  5 ay bundan öncə itkin düşmüşdü. Şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

R. Qulamov bu gün Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.