İtkin düşən məktəblilərdən biri tapıldı, DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.

Məlum olub ki, o Gəncə şəhərində atasının yanına gedib.

Şəkidə itkin düşən polis əməkdaşları tərəfindən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib və tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.

Əvvəlki məqalə

Cavan Zeynallının həyat yoldaşı vəfat edib

Sonrakı məqalə

“ABŞ Ukrayna əsgərlərini böyük hücuma hazırlayacaq”