İYİ partiyasının lideri Meral Akşener zəhərlənib

İYİ partiyasının lideri Meral Akşenerin səhhətində problem yaranıb.

Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akşener mədəsində yaranan kəskin ağrılarla bağlı bu gün Ankarada xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstəxanada onun rahatsızlığı böyük ölçüdə aradan qaldırılıb: “Səhhətində yaranan problemlə bağlı Akşenerin bu gün deputatlarla görüşü ləğv edilib. İlkin məlumata görə, o, sabah xəstəxanadan evə buraxılacaq”.

Xatırladaq ki, bir neçə gündür Ankarada mədə ağrıları və bulanmaları ilə bağlı xəstəxanalara çoxsaylı müraciətlər olub.

Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş bunun səbəbini şəhərə verilən su ilə əlaqələndirib.

Onu da qeyd edək ki, Akşener Azərbaycanda daha çox mərhum Əbülfəz Elçibəyin yaxın dostu kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məkkə və Mədinəni birləşdirən dəmiryolunda yanğın olub –

Sonrakı məqalə

Dirijor Ziya Bağırov vəfat edib