Jirinovski Bəxtiyar Vahabzadənin oğlunu məhkəmə ilə hədələdi:"Donuz sözü ağır təhqirdir"

Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovski Azərbaycanın sabiq səfiri İsfəndiyar Vahabzadəni məhkəməyə verəcəyi ilə hədələyib. 

Azpost.info bildirir ki, o, bu barədə teleaparıcı Solovyovun Youtube-da canlı efiri zamanı bildirib. Qeyd edək ki, İ.Vahabzadə Jirinovskini “donuz” adlandırıb.

LDPR-in rəhbəri bunu elə-belə qoymayacağını bildirib. “Biz Azərbaycana məktub göndərib cinayət işinin açılmasını istəyəcəyik. Bu təhqir çox ağırdır”.

İ.Vahabzadə V.Jirinovskinin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı etdiyi təhdidlərə cavab verərərək bu açıqlamaları sərt tənqid edib.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir