Jirinovski ölüb? –Dumanın spikeri açıqlama verdi (YENİLƏNİB)

 

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında LDPR lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı xəbərləri təkzib edib.

“Mən Vladimir Volfoviç Jirinovskinin səhhətindən narahat olan hər kəsi əmin etmək istəyirəm ki, o, sağdır”, – siyasətçi yazıb.

Eyni zamanda, Volodin etiraf edib ki, LDPR sədrinin vəziyyəti həqiqətən də ağırdır.

***

“Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir. Həkimlər hər cür yardım göstərməkdə davam edirlər”.

TASS xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

LDPR lideri Vladimir Jirinovskinin ölümünü elan edən deputat Aleksandr Pronyuşkin “Telegram”dakı paylaşımını silib.

Bu barədə cümə günü “Qovorit Moskva” məlumat yayıb.

Deputat daha sonra yeni paylaşım edərək yazıb: “Kanalımda Vladimir Volfoviç Jirinovski haqqında təsdiqlənməmiş məlumatların dərcinə görə üzr istəyirəm”. O, məlum paylaşımın silindiyini, onun yayılmasında əli olanların məsuliyyətə cəlb ediləcəyini deyib.

***

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə,  siyasətçi martın 25-də Moskva vaxtı ilə saat 10:45-də dünyasını dəyişib. O, ötən gün komada idi.

LDPR-in deputatı Aleksandr Pronyuşkin xəbəri RİA-ya təsdiq edib. “Moskva klinikasında Vladimir Jirinovski vəfat edib”– deyə senator bildirib.

V.Jirinovskinin 75 yaşı var idi.

Azpost.info

Əvvəlki məqalə

Ordu aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub –

Sonrakı məqalə

Dövlət Dumasının sədri Jirinovskinin ölüm xəbərini təkzib edib