“Jurnalist Binası”nda dezinfeksiya işləri aparılıb –FOTO

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində iyunun 13-də Səbail rayonu Salyan şosesi-2 ünvanında yerləşən jurnalistlərin yaşadığı binada dezinfeksiya işləri aparılıb.

Belə ki, jurnalistlərin yaşadığı 1-ci binada – ümumilikdə 2 blok, 17 mərtəbəli və 1000 nəfərdən artıq insanın yaşadığı ərazidə kompleks dezinfeksiya tədbirləri həyata keçirilib.

Binada ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb.

Binada yaşayan jurnalist Nadir İsmayılovun bildirdiyinə görə bir neçə gün öncə jurnalistlər üçün tikilmiş ikinci binada infeksiyaya yoluxma aşkarlanmışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi məsələyə  çevik reaksiya verib və həmin binada dezinfeksiya işləri aparılıb. Ötən gün isə eyni qaydada birinci binada da dezinfeksiya işləri aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb-

Sonrakı məqalə

Polis karantini pozaraq dənizdə çimənləri cəzalandırdı –