Kəlbəcərdə minik maşını yoldan çıxaraq aşıb, 3 nəfər xəsarət alıb

15 Avqust 2021 - 00:21

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Кayonun ərazisində hərəkətə olan “NİVA” markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər – 1997-ci il təvəllüdlü Hüseynov Niyaməddin,1999-cu il təvəllüdlü Əmraslanov Hüseyn və 2002-ci il təvəllüdlü Məmmədov Natiq müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.(APA)