Kəlbəcərdə qulluq edən əsgərin xəstəlikdən vəfat etdiyi bildirilir

10 Avqust 2021 - 14:07

Kəlbəcərdə xidmət edən əsgərin həlak olduğu bildirilir.

Ağcabədi rayonu, Pərioğulları kənd sakini Qorxmaz Səlim oğlu Cəfərovun xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğu deyilir. Meydan TV-yə bu barədə Pərioğulları kəndinin sakinləri məlumat verib.

Bildiriblər ki, əsgər xəstəlikdən həyatını itirib.

Azərbaycan Müdafiə Nazirliyi hadisə ulə bağlı hər hansı məlumat yaymayıb.

Ağcabədi rayon İcra Hakimiyyətinin Pərioğulları kənd nümayəndəsi Allahverdi Alıyev isə faktı Meydan TV-yə təsdiqləyib. O deyib ki, əsgər döyüş şəraitində həlak olmayıb, xəstəlikdən ölüb: “Gətirib kənddə dəfn ediblər. Eşitdiyimə görə, xəstəliyi varmış. Deyirlər ki, epilepsiyası tutub və vəfat edib”.

Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.