Kəlbəcərin Xudavəng məbədində şəhidlərin ruhuna dualar oxunub

27 Sentyabr 2021 - 09:47

Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə dini ayinlər icra edilib.

Həmçinin şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsi ehtiramla yad edilib.