Şuşa məscidində şəhidləri anım mərasimi keçirilib –VİDEO

Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində şəhidləri anım mərasimi keçirilib.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov “Twitter” səhifəsində paylaşımında bildirib.

Qeyd edək ki, 27 sentyabr – Anım Günü münasibətilə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir