Kərə yağı Yeni Zelandiyadan Azərbaycana neçəyə gətirilir? –

Ölkəmizə yağ satan dövlətlərin ADLARI
14 Fevral 2020 - 15:32

2019-cu il ərzində Azərbaycana 12 116 tonluq kərə yağı idxal olunub.

Statistika Komitəsi xəbər verir ki, idxal olunan kərə yağının dəyəri isə 61,68 milyon ABŞ dollarından çox təşkil edib.

İdxal olunan rə yağının yarıdan hətta çoxu Yeni Zelandiyanın payına düşüb. Bu ölkədən ölkəmizə  6,146 tonluq kərə yağı idxal olunub ki, bunun da 31,8 milyon dollar məbləğində olması deməkdir. Yeni Zelandiyadan idxal olunan kərə yağının 1 kq üzrə 5,17 dollar təşkil edib ki, bu da 2018-ci ildəki qiymətdən daha ucuz olması deməkdir. 2018-ci ildə ölkəyə Y.Zellandiyadan 1 kq üzrə 5,99 dollar dəyərində idi. Ümumilikdə artımın əsas səbəbi də məhz bu ölkədən idxalən daha çox artması olub.

İkinci pillədə Ukrayna, üçüncü pillədə isə Belarusdur ki, bu ölkələrdən ən çox kərə yağı idxal olunub.

Xatırladaq ki, 2018-ci il ərzində Azərbaycana 9 758 ton həcmində, 55,57 milyon dollar dəyərində kərə yağı idxal edilmişdi. (banker.az)

Azərbaycandan isə yalnız Rusiya və İraqa bu məhsulun idxalı gerçəkləşib.