Kəlbəcərə daxil olacaq qüvvələrimiz Azərbaycan-Ermənistan sərhədində yerləşdiriləcək –MÜDAFİƏ NAZİRLİYİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni məskunlaşmış əhali çıxarılmalı, Azərbaycan Silahlı Qüvvələri həmin əraziyə hərəkət etməli idi”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib. Mahmudov deyib ki, Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarətində olan hissəsi minadan təmizlənib və günü bu gün Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır: “Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq. Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan ordusu və əhali Kəlbəcəri tərk edir, heç bir təxribata yol verilmir –

Sonrakı məqalə

“Ağdam və Laçın nəzərdə tutulmuş qrafik üzrə boşaldılacaq” –