Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazidən FOTOLAR

Kəlbəcərin Çıraq kəndində 8 nəfərin minaya düşdüyü ərazinin görüntüləri yayılıb.

Həmin görüntülərini təqdim edirik:

Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Əvvəlki məqalə

“Nankorluq edir, nə səriştəsi, nə bacarığı var…”

Sonrakı məqalə

“İnsanların gəlirləri artıb, yoxsulluq azalır”