Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Nankorluq edir, nə səriştəsi, nə bacarığı var…”

User 15 Dekabr 2022 - 16:46 (Last updated: 21 May 2025 - 20:15)
erdo

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Ankaranın anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyinə dair bəyanatını ciddi qəbul etmədiyini bildirib.

Azpost.info xəbər verir ki, Ərdoğana görə, Borrel iki ölkə arasındakı münasibətləri müəyyən edib tənzimləyə bilməz.

“Borreli həmsöhbət kimi qəbul etmirəm. O, ancaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun həmsöhbəti ola bilər. Xoşagəlməz bəyanatdır. Birincisi, Borrel Rusiya ilə münasibətlərimizi müəyyən edə və tənzimləyə bilməz. Onun bu məsələlərlə bağlı qərar qəbul etmək üçün nə səriştəsi, nə də bacarığı var”, – Ərdoğan bildirib.

O, Borreli nankorluqda ittiham edərək, Avropanın qəbul etdiyi taxılın 44 faizinin Türkiyədən gəldiyini xatırladıb.

Qeyd edək ki, Borrel Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrini, eləcə də Ankaranın Qərbin sanksiya siyasətinə qoşulmaq istəməməsini Aİ-də narahatlığa səbəb olduğunu deyib.

Borrel həmçinin qeyd edib ki, Türkiyə ilə Avropa İttifaqı arasında həm mülki, həm də hərbi məqsədlər üçün malların sərbəst hərəkətinə imkan verən gömrük ittifaqı bağlanıb. Bu baxımdan da Ankara Moskvanın Aİ-nin  tətbiq etdiyi sanksiyalardan yan keçməsinə kömək etməməlidir.

Azpost.info

Post navigation

Previous: Avropa Məhkəməsi 4 azərbaycanlı ilə bağlı qərar verib
Next: Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazidən FOTOLAR

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27

xƏBƏR

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi...
Read more about Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.