Kəlbəcərdə vəfat edən əsgərimiz Xudatda dəfn olunub

Kəlbəcərdə faciəvi şəkildə dünyasını dəyişən Azərbaycan Ordusunun əsgəri Xudatda dəfn olunub.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Köhnə Xudat kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edib.

Qeyd edək ki, əsgər Riyad Əliyarov 13 iyun 2022-ci il tarixində Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. (APA)

Əvvəlki məqalə

İyunun 19-da toyu olacaq nişanlı cütlük qəzada öldü –

Sonrakı məqalə

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib