Kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat 10 illik vergidən azad edilir- DƏYİŞİKLİK

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunur.

Trend-in məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur.

Sözügedən qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mübariz İbrahimovu təhqir edən psixoloqla bağlı qərar verildi

Sonrakı məqalə

“BMT qətnamələri şəxsi siyasi ambisiyalar üçün qurban verilir”