“BMT qətnamələri şəxsi siyasi ambisiyalar üçün qurban verilir”- Cavad Zərif

“Diplomatiyaya, çoxtərəfli və beynəlxalq əməkdaşlığa qarşı artan hörmətsizlik dünyada problemləri və qeyri-müəyyənliyi daha da artırıb. Görünür beynəlxalq hüquq, çoxtərəfli sazişlər, BMT Təhlükəsizlik Şurasının qətnamələri və sivil davranış normaları şəxsi siyasi ambisiyalar üçün qurban verilir”.

APA-nın xəbərinə görə, bunu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində Bakıda keçirilən Nazirlərin hazırlıq görüşündə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

İranlı nazir bildirib ki, Qərbi Asiya qlobal nizamın pozulmasından çox əziyyət çəkir: “Qoşulmama Hərəkatının ən vacib məqsədlərindən biri olan Fələstinin öz müqəddəratını təyinetmə hüququ ABŞ-ın birtərəfli və dağıdıcı siyasətinə məruz qalır. Xüsusilə Qüds və Colan təpələri ilə bağlı qanunsuz və təhlükəli mövqeləri qeyd etmək istərdim”.

Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Yəməndə aparılan müharibənin regional dəhşətləri nəzarətdən çıxmaq təhlükəsi ilə nəticələnəcək, bölgədə və ondan kənarda vəziyyətin daha da kəskinləşməsinə və etibarsızlığa səbəb olacaq: “İranın öz öhdəliklərinə tam riayət etməsinə baxmayaraq, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planı sazişindən geri çəkilməsi bölgəmizdə və kənarda pozucu bir elementə çevrilib. İran xalqını hədəf alan ABŞ-ın apardığı iqtisadi müharibə bəşəriyyətə qarşı yalnız qəsdən elan edilmiş cinayət deyil, həm də beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. ABŞ-ı təhlükəli kursundan geri çəkilməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyətin vahid mövqeyinə ehtiyac var”.

Cavad Zərif qeyd edib ki, ABŞ-ın bu siyasi kursunun qarşısını almaq və ya heç olmasa bu kursun təsirini azaltması üçün Qoşulmama Hərəkatına üzv ölkələrinin sıx əməkdaşlıq, kollektiv və yenilikçi düşüncə ilə bir-birinə yaxınlaşması vacibdir: “Prezident Ruhaninin bu ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatında təqdim etdiyi Hörmüz Barışıq Cəhdi belə səylərdən biridir. Bu, dialoq, qarşılıqlı hörmət və bərabərhüquqluluq, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına hörməti təşviq etmək məqsədi daşıyır. Bir daha qonşularımızı və Qoşulmama Hərəkatındakı bütün tərəfdaşlarımızı Hörmüz Barışıq Cəhdini zənginləşdirmək və həyata keçirmək üçün bizimlə çalışmağa dəvət edirik”.

İran XİN başçısı sammitin təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat 10 illik vergidən azad edilir

Sonrakı məqalə

Türkiyə Suriyanın şimalında terrorçu dövlətin yaranmasının qarşısını aldı