Kabil hava limanı tamamilə “Taliban”ın nəzarətindədir

31 Avqust 2021 - 09:18

Kabil hava limanı Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatının tam nəzarətinə keçib.

Bu barədə “Əl -Cəzirə” telekanalı “Taliban” liderliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Taliban” nümayəndəsinin sözlərinə görə, ABŞ qüvvələri çıxdıqdan sonra Kabil hava limanı artıq tamamilə onların nəzarətindədir.