Kabildə məscid yaxınlığında partlayışda ölənlərin sayı 13 nəfərə çatıb

03 Oktyabr 2021 - 18:33

Əfqanıstanın paytaxtı Kabildə İdqax məscidi yaxınlığında güclü partlayış törədilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Taliban Hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mucahidin anası ilə vida mərasimi zamanı baş verib.
Hazırda məscid yaxınlığında atışma gedir. Atışmanın Taliban Hərəkatı və İŞİD terror təşkilatının üzvləri arasında olduğu ehtimal edilir.
Z. Mücahid çoxlu sayda insanın toplaşdığı mərasim zamanı baş verən partlayış nəticəsində dinc sakinlər arasında ölənlərin olduğunu bildirib.

Əfqanıstanın paytaxtı Kabildə İdqax məscidi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Partlayış nəticəsində 32 nəfər isə yaralanıb.