Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Kadırov Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib –

User 01 Oktyabr 2022 - 19:14 (Last updated: 21 May 2025 - 20:15)
kadirov

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Liman şəhəri istiqamətində müdafiəyə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.

Kadırov Liman şəhərində Rusiya qoşunlarının açıq hədəfə çevrilmə təhlükəsi ilə bağlı Baş Qərargah rəisi Valeri Gerasimova məlumat verdiyini açıqlayıb.

“İki həftə əvvəl “Axmat” Xüsusi Təyinatlı Qüvvələrinin general-mayoru, mənim əziz qardaşım Aptı Alaudinov şəxsən mənə bildirdi ki, döyüşçülərimiz asan hədəfə çevrilə bilər. Mən də öz növbəmdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova təhlükə barədə məlumat verdim. Amma general məni əmin etdi ki, o, Lapinin hərbi sərkərdə istedadına şübhə etmir və Krasnıy Limanda və onun ətrafında geri çəkilməyin mümkün olduğunu hesab etmir. Bir həftə sonra Lapin qərargahını tabeçiliyindən yüz kilometr aralıda olan Starobelskə köçürür, özü də Luqanskda oturur. 150 km məsafədə olan bölmələri necə operativ idarə edə bilərsiniz? Elementar hərbi logistikanın olmaması səbəbindən bu gün biz bir neçə yaşayış məntəqəsini və ərazinin böyük bir hissəsini tərk etmişik.

Lapinin bacarıqsız olması ayıb deyil. Onun Baş Qərargahdakı yuxarıdakı rəhbərlər tərəfindən ört-basdır edilməsi ayıbdır. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib ayıbını qanla yumaq üçün cəbhəyə göndərərdim. Ordu qohumbazlığı yaxşılığa aparmayacaq. Orduya güclü xarakterli, cəsur, prinsipial, döyüşçünün qayğısına qalan, tabeliyində olanın köməksiz, dəstəksiz qala bilməyəcəyini bilən insanları təyin etmək lazımdır. Xüsusən də çətin vaxtlarda orduda qohumbazlığa yer yoxdur”, – deyə Kadırov qeyd edib.(APA)

Post navigation

Previous: Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri başa çatıb
Next: Azərbaycan Premyer Liqası:

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.